“Napoli” “Yuventus”la oyunun təxirə salınmasını istəyir

“Napoli” rəhbərliyi “Yuventus”la İtaliya Superkuboku üçün matçının təxirə salınmasını istəyir.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki,  klubun prezidenti Aurelio De Laurentis görüşün 20 yanvar tarixindən fərqli bir tarixə keçirilməsinin tərəfdarıdır. Buna səbəb sıx qrafik və stadionlarda tamaşaçı azlığıdır.

“Napoli”nin qarşılaşmanı bu mövsümün sonuna yaxın oynamaq istədiyi qeyd olunur.

Share: