“Çelsi”dən Holanda rekord məbləğdə təklif

“Çelsi” “Borussiya”nın (Dortmund) futbolçusu Erlinq Holandı transfer etməyi planlaşdırır.

Qol.az Britaniyanın “The Athletic” nəşrinə istinadən xəbər verir ki, norveçli hücumçu yay transfer dönəmində London təmsilçisinin əsas hədəfi olacaq.

 

“Çelsi” 20 yaşlı forvardı heyətinə qataraq transfer rekordunu yeniləyə bilər. Hazırda klub tarixinin ən bahalı transferləri 80 milyon avroya alının Kay Haverts və Kepa Arrisabalaqadır.

Qeyd edək ki, Erlinq Holand 2019-cu ilin dekabrında Avstriya “Zaltsburq”undan “Borussiya”ya keçib.

Share: