Stress koronavirusa zəmin yaradır

Alimlər koroanvirus pandemiyasının psixoloji təsirləri haqqında tədqiqatlar aparıblar.

Axşam.az bildirir ki, Covid-19-un narahatlıq yaradacaq dərəcədə sürətlə yayılmasından sonra alimlər onun insan psixologiyasına təsirini araşdırıblar.

Məlum olub ki, koronavirusa yoluxma qorxusu insanlarda panika yaradır və gündəlik həyat keyfiyyətini aşağı salır. Hətta yaratdığı psixoloji sarsıntı insanın əmək qabiliyyətinə mənfi təsir edir.

Gün ərzində həddindən artıq narahatlıq keçirmək və ya narahatlıqdan qaynaqlanan stress sinir sistemində stress hormonlarının ifrazının artmasına səbəb olur.

Bu hormonlar qan şəkərinin səviyyəsini artırır. Bu da öz növbəsində, başgicəllənmə, sürətli ürək döyüntüsü, baş ağrısı, diqqətsizlik və tərləmə kimi fiziki reaksiyalara səbəb olur. Stress, xroniki narahatlıq immun sisteminin fəaliyyətini pozur. Nəticədə insanda koronavirusa tutulma riski də kəskin artır.

Share: