Günün ulduz falı – 19 YANVAR

Qoç – problemlərin alternativ həll yollarını arayın. Dostların təriflərinə çox uymayın, bədxahların tənqidlərinə fikir verməyin.

Buğa – bütün hallarda və vəziyyətlərdə yaxşı formada olmağa çalışın. Münaqişələrdə güzəşt variantını seçin. Əgər çətin deyilsə, qarşınızdakı insanı anlamağa çalışın.

Əkizlər – şərait sizi daha aktiv olmağa, irəlidə hərəkət etməyə, sürətli qərarlar verməyə vadar edəcək. Danışıqlarda və toplantılarda emosional olmayın, səsinizi yüksəltməyin. Konkret razılaşma əldə etməyə çalışın.

Xərçəng – kombinasiyalar qurun, düşünün, təhlil edin, işlək sistemi formalaşdırmağa çalışın. Yerdəyişmə, hərəkət, səfər, ezamiyyət üçün əlverişli vaxtdır.

Şir – bu gün güclü yenilənmə potensialı var. Həyatınızda sizi nə isə qane etmirsə, o problemi həll etməyə başlayın, günü günə satmayın.

Qız – yeni yer tutmaq, məqsədə çatmaq üçün öz yolunuzu seçmək vaxtıdır. Dostlar və yaxınlarla ümumi probemlər yaxınlaşmaq üçün güclü amilə çevriləcək.

Tərəzi – bu gün xırda təpələrin arxasında dağ görünəcək. Ümumi mühit gərgin olacaq, spontan münaqişələr yaranacaq, ətrafınızdakı insanlar reaksiyalarına xəsislik etməyəcəklər.

Əqrəb – hisslər və emosiyalar müstəvisində dağınıqlıq müşahidə olunacaq. Başqaları ilə yanaşı, özünüzü də çətinliklə anlayacaqsınız.

Oxatan – komanda işi, kollektiv fəaliyyət, iclas, toplantı, müsabiqə və yarış üçün əlverişli gündür. Enerjiniz ağır iş, səfər, dövlət qurumlarına baş çəkmək üçün yetərilir.

Oğlaq – yaradıcı, maraqlı ideyası olan insanlar üçün əlverişli gündür. Təbiilik, fərqlilik, spontanlıq sizi maraqlandıran tədbirə gərəkli həlqələr olacaq.

Dolça – bir neçə yerə baş çəkin, iş yoldaşları və tərəfdaşlarla perspektivləri müzakirə edin. Birgə iş üçün aktiv gündür.

Balıqlar – mühüm iş və ya tədbir varsa, kreativlik çılğınlığı mümkündür. Poçt qutularınızı yoxlayın, sizi maraqlandıran təmaslarda aktivləşin.

Share: