Dünyada ötən sutka ərzində koronavirusdan 13 minə yaxın insan dünyasını dəyişib

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 496 mindən çox artıb.

Milletinsesi.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 496 min 206 nəfər yeni koronavirusa yoluxub, 12 min 933 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 94 milyon 963 min 847, ölənlərin isə 2 milyon 50 min 857 nəfərə çatıb.

Qeyd edək ki, ÜST-ün hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Share: