Ronaldo kubokla şəklini paylaşıb, bu sözləri yazdı

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo İtaliya Superkubokunu qazanmaqlarını şərh edib.

Qol.az xəbər verir ki, özünün “İnstaqram” hesabında kubokla şəklini paylaşan portuqaliyalı hücumçu bu sözləri yazıb:

“İtaliyadakı 4-cü titulumdan çox məmnunam. Qayıtdıq! Bu, sevdiyimiz “Yuventus”, etibar etdiyimiz komandadır və bizi istədiyiniz qələbələrə aparacaq ruhdur! Afərin, komanda  yoldaşlarım!”.

Qeyd edək ki, “Yuventus” Superkubokun həlledici matçında “Napoli”yə 2:0 hesabı ilə qalib gəlib.

Share: