Postda saxlanılan avtomobildən nərə balıqları aşkarlanıb

Qubada postda saxlanılan şəxsin avtomobilindən balıqları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Milletinsesi.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində Xaçmaz rayonu Xudat şəhər sakini Telman Vəliyevin idarə etdiyi nəqliyyat vasitəsini saxlayıblar. Şöbə əməkdaşları sürücünün sənədlərini yoxladıqdan sonra nəqliyyat vasitəsinin yük yerinə baxış keçiriblər. Bu zaman oradan T.Vəliyevə məxsus qanunla ovlanması qadağan edilmiş ümumi çəkisi 20 kiloqrama yaxın beş ədəd nərə balığı aşkar olunub.

T.Vəliyev qanunvericiliyə uyğun olaraq saxlanılaraq RPŞ-nə gətirilib.

Faktla əlaqədar Quba Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Share: