Çində qaz borusu partladı: ölənlər var

Çinin şimal-şərqindəki Dalyan şəhərində qaz borusu partlayıb.

Milletinsesi.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 3 nəfər həlak olub, daha 8 nəfər yaralanıb.

Yaşayış bölgəsində baş vermiş partlayış nəticəsində bir sıra nəqliyyat vasitəsi də yanıb. Yanğın söndürülən zaman yanan avtomobillərdən biri partlayıb.

Share: