“Real” Modriçlə bağlı qərarını açıqladı

“Real” futbolçusu Luka Modriçlə müqaviləni uzadacaq.

Qol.az “Marca”ya istinadən xəbər verir ki, bu barədə klubun direktoru Emilio Butraqeno bildirib O, 35 yaşlı yarımmüdafiəçinin Madrid təmsilçisində qalacağını və yeni müqavilə imzalanacağını bildirib.

Xorvatiyalı oyunçunun “kral klubu” ilə hazırkı sözləşməsinin müddəti isə 2021-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Modriç bu mövsüm “Real”la çıxdığı 25 matçda 4 qol vurub və 2 qolun ötürməsini verib.

Share: