Şabranda evdə yanğın baş verib, xəsarət alanlar var

Yanvarın 25-də Şabran şəhərinin Nizami küçəsində yerləşən yaşayış evində yanğın baş verib.

Milletinsesi.az xəbər verir ki, yanğının söndürülməsinə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı evdə olan 2014-cü il təvəllüdlü Niyazov Araz Zaur oğlu və onun bacısı, 5 yaşlı Təranə xilas edilib. Xəsarət alan uşaqlar Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Yanğın söndürülüb, faktla bağlı araşdırma aparılır.

Share: