Xırdalandakı partlayışda xəsarət alan 5 nəfər evə buraxılıb

Abşeron rayonunun Xırdalan şəhərində baş verən partlayış nəticəsində yaralananlardan 5 nəfər xəstəxanadan evə buraxılıb.

Bu barədə Milletinsesi.az-a TƏBİB-dən məlumat verilib.

Qeyd edilib ki, hadisə zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən Əliyev Emil, Hüseynov Arif, Musayev Firudin, Ələzova Simayə və Şükürzadə Xədicənin vəziyyətləri qənaətbəxş olduğu üçün evə buraxılıb, digər xəsarət alan Vüsal Musayev isə reanimasiyada müalicəsini davam etdirir.

Share: