Tələbə köçürmələri yalnız fevral və iyul aylarında aparıla bilər – Nazirlik

Tələbə köçürmələrinin fevral və iyul aylarından başqa, digər dövrdə aparılması qayda pozuntusu hesab edilir.

Milletinsesi.az Trend-ə istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin İnformasiya şöbəsinin məsləhətçisi Günay İsgəndərova deyib.

G.İsgəndərova qeyd edib ki, tələbə köçürülməsi tədris ili ərzində yalnız iki dəfə – payız və yay sessiyaları bitdikdən sonra aparılır. Bu il tələbə köçürülməsi üçün müraciətlərin qəbulu fevralın 1-dən 7-dək aparılır.

G.İsgəndərova qeyd edib ki, subbakalavrların tələbə köçürülməsi zamanı onların universitet dəyişməsi kimi imkanları yoxdur. Subkalavarların yalnız təhsil foprmasını dəyişməsi imkanı var.

Onun sözlərinə görə, ümumilikdə qaydalara əsasən, tələbələr köçürülmə qaydalarında yalnız öz ixtisas qrupları daxilində köçürülə bilərlər.

Share: