Məşhur aktrisa “Kırmızı oda”da

Türkiyədə yayımlanan “Kırmızı oda” serialına yeni aktrisa daxil olub.

Axşam.az xəbər verir ki, bu dəfə layihəyə məşhur aktrisa İpek Tenolcay qatılıb. O, serialda Nazlının anası rolunu ifa edəcək.

İpekdən əvvəl ekran işinə Gökhan Yıkılkan və Pınar Dəniz kimi aktyorlar da daxil olub.

Xatırladaq ki, “Kırmızı oda”nın əsas rollarında Binnur Kaya, Tülin Özen, Burak Sevinc və Gülçin Kültür Şahin çəkiliblər. Real hadisələr əsasında lentə alınan serialın rejissorluğunu Cem Karcı edir. Ekran əsərində müxtəlif insanların həyat hekayələrindən bəhs edilir.

Share: