Rusiyada daha 15 916 nəfər COVID-19-a yoluxdu

Rusiyada son sutka ərzində daha 15 916 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Milletinsesi.az xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 3 983 197 nəfərə çatıb.

Son sutka ərzində 407 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 77 068 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Share: