Britaniyada pişik dili tərcüməçisi nə qədər pul qazanır?

Britaniyalı Culi Enn Torn pişik dili tərcüməçisi olmaq üçün dövlət qulluğundan istefa verib.

“Metro” nəşri yazır ki, xanımın sözlərinə görə, o, pişikləri çox yaxşı anlayır və heyvan sahiblərinə onların nə istədiklərini başa sala bilir.

“Mən bunu elmi və ya məntiqi cəhətdən izah edə bilmirəm. Bu mənimlə pişiklər arasında daha çox emossional və enerji əlaqəsidir”, – deyə Culi Enn bildirib.

O qeyd edib ki, 2012-ci ildən başlayaraq özündə bu qabiliyyəti hiss etməyə başlayıb.

Hazırda zoopsixoloq saatda 195 funt-sterlinq (455 manat) müqabilində pişik sahiblərinə lazımi məsləhətlər verir.

Share: