İranda koronavirusa yoluxanların sayı 1,5 milyon nəfəri keçib

İranda ötən sutka ərzində 58 nəfər koronavirusdan (COVID-19) ölüb.

Milletinsesi.az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 58 809 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 7 298 nəfər koronavirusa yoluxub.

Beləliklə İranda bu virusa yoluxanların sayı 1 503 753 nəfərə çatıb. Virus daşıyıcılarından 3 729 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 285 014 nəfər koronavirusdan sağalıb, 9,93 milyondan çox diaqnoz testi həyata keçirilib.

Share: