PSJ İspaniyaya bu oyunçularla getdi

PSJ Çempionlar Liqasının 1/8 finalının “Barselona”ya qarşı ilk oyunu üçün iştirak ərizəsini yayımlayıb.

Qol.az klubun “Tvitter” səhifəsinə istinadən xəbər verir ki, siyahıda zədələrini bərpa etməyə davam edən Neymar və Anxel Di Mariya  yer almayıb. İspaniyaya gedən oyunçuların siyahısında zədəsini sağaldan yarımmüdafiəçi Marko Verratti də var.

Qapıçılar: Navas, Riko, Leteller

Müdafiəçilər: Florensi, Bekker, Kerer, Markinyos, Diallo, Kurzava, Kimpembe

Yarımmüdafiəçilər: Paredes, Verratti, Rafinya, Danilu, Errera, Draksler, Mişu

Hücumçular: Kin, Sarabiya, İkardi, Mbappe

Qeyd edək ki, “Barselona” – PSJ görüşü sabah Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Share: