Millimizin oyununda italiyalı hakimlər

Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Moldova ilə ev oyununun hakimləri açıqlanıb.

Qol.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı italiyalı Culio Kolombin idarə edəcək. Ona San Marinodan Daniele Dadamo köməklik göstərəcək.

Qeyd edək ki, martın 4-də Bakı İdman Sarayında keçirləcək Azərbaycan – Moldava görüşü saat 19:00-da başlayacaq.

Share: