Rusiyada son sutkada koronavirusdan 480 nəfər ölüb

Rusiyada son sutka ərzində daha 13 447 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Milletinsesi.az xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 4 125 598 nəfərə çatıb.

Son sutka ərzində 480 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 81 926 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Share: