“Arka sokaklar”da 3 yeni aktyor

“Kanal D” ekranlarında yayımlanan “Arka sokaklar” serialına 3 aktyor daxil olacaq.
Axşam.az türk mətbuatına istinadən xəbər verir ki, əvvəl layihəyə Emre Fakıoğlu və Şekip Taşpınar qatılacaqlar.
Onlar bu həftə ekranlara gələcək 579-cu bölümdə iştirak edəcəklər. Emre Halis, Şekip isə Medar rolunu canlandıracaqlar.

Növbəti dəfə isə seriala aktrisa Neriman Uğur daxil olacaq. O, 581-ci bölümdən iştirak edəcək və Nevbahar Pamiroğlu obrazına həyat verəcək.

Xatırladaq ki, bir neçə ildir yayımlanan “Arka sokaklar”ın rejissoru Orhan Oğuzdur. Layihənin əsas rollarında Zafer Ergin, Şevket Çoruh, Özgür Ozan və Alp Korkmaz kimi aktyorlar çəkiliblər.

Share: