Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 271-VIQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Milletinsesi.az xəbər verir ki, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 271-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram: Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 271-VIQD nömrəli Qanununa uyğunlaşdırılmasını təmin etmək məqsədilə iki ay müddətində, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həmin Təlimata müvafiq dəyişikliklər etsin;

2. Həmin Qanundan irəli gələn digər məsələləri həll etsin”.

Share: