Simeonedən möhtəşəm göstərici

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone klub rekordunu təkrarlayıb.

Qol.az “Opta”ya istinadən xəbər verir ki, o, buna ötən gün La Liqanın 25-ci turunda “Vilyarreal”la matçda (2:0) nail olub. 50 yaşlı mütəxəssis Madrid təmsilçisi ilə bütün yarışlar daxil olmaqla 308-ci qələbəsini qazanıb. Beləliklə, Simeone Luis Araqonesin rekordunu təkrarlayıb.

Qeyd edək ki, “Atletiko” hazırda tunrir cədvəlində 58 xalla liderdir.

Share: