Linqardın satış qiyməti müəyyənləşdi

“Mançester Yunayted” futbolçusu Cesi Linqardın satış qiymətini müəyyənləşdirib.

Qol.az “Eurosport”a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” hazırda icarə əsasında “Ves Hem”də çıxış edən 28 yaşlı yarımmüdafiəçi üçün 20 milyon avrodan çox məbləğ tələb edəcək.

“Vest Hem” oyunçunu 15 milyon avro qarşılığında birdəfəlik transfer etmək istəsə də, ingiltərəli futbolçunun icarəsindən 1,5 milyon avro qazanan “Mançester Yunayted” buna razı olmayıb.

Həmçinin daha bir versiyaya görə, Ole Qunnar Sulşer qarşı tərəfin oyunçusu Deklan Raysı komandasında görmək istəyir və bu keçidin şərtlərinə Linqardı da daxil etməyi düşünür.

Qeyd edək ki, yanvar ayından “Vest Hem”də oynayan Linqard bu müddət ərzində Premyer Liqada 5 matça çıxaraq, 3 qol vurub və 1 qolun ötürməsini verib.

Share: