Ermənistan prezidenti Paşinyanla görüşdü

Ermənistan prezidenti Armen Sarkisyan baş nazir Nikol Paşinyanla görüşüb.

Milletinsesi.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti bildirib.

Məlumata əsasən, görüş zamanı ölkədəki daxili siyasi vəziyyət müzakirə edilib.

Bir sıra erməni KİV-lərinin yazdığına görə, N.Paşinyan prezidentdən Baş qərargah rəisi Onik Qasparyanı vəzifədən azad etməyi tələb edib.

Qeyd edək ki, bu gün N.Paşinyan Baş qərargah rəisinin istefası ilə bağlı müraciəti ikinci dəfə Armen Sarkisyana göndərib.

Share: