Şəhid övladına DİN-də vəzifə verildi

Polis baş leytenantı Sənan Əsgərov Şuşa Rayon Polis Şöbəsində müvafiq vəzifəyə təyin edilib.

Milletinsesi.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

O, bundan əvvəl Goranboy Rayon Polis şobəsində çalışıb.

Xatırladaq ki, Sənan Əsgərovun atası Əsgərov Xəzani Kərəm oğlu Şuşa Rayon Polis şöbəsinin əməkdaşı olub və 1994-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olub.

Share: