Gürcüstanda koronavirusa daha 360 yoluxma qeydə alınıb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 360 yoluxma halı qeydə alınıb, 9 nəfər ölüb.

Milletinsesi.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 271 739, ölənlərin sayı isə 3 541 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 265 805 nəfərin sağaldığı bildirilir.

Share: