“Sadakatsiz”də heyət dəyişikliyi

“Kanal D”nin reytinqli layihələrindən olan “Sadakatsiz”də daha bir aktyor ayrılığı yaşanacaq.

Milletinsesi.az axşam.az-a istinadən bildirir ki, bu dəfə layihəni aktyor Emir Tarık Tekin tərk edəcək. O, serialda Selçuk obrazına həyat verirdi.

Bir müddət əvvəl əsas rollardan birini canlandıran Eren Vurdem də ekran işindən ayrılıb. Onun serialla yollarının ayırmasına səbəb ssenariyə edilən dəyişiklik olub.

Qeyd edək ki, “Sadakatsiz”in baş rollarında Caner Cindoruk, Cansu Dere və Melis Sezen kimi aktyorlar çəkiliblər. Serialın rejissoru Neslihan Yeşilyurtdur.

Share: