Rəsmi Bakıdan Yunanıstana dəstək mesajı

Yunanıstanın mərkəzi hissəsini vuran güclü zəlzələdən sonra Yunanıstan Respublikasına həmrəyliyimizi bildiririk.

Milletinsesi.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Tvitter səhifəsində bildirilib.

Xatırladaq ki, ötən gün Yunanıstanda 6,2 bal gücündə zəlzələ olub. Episentrdəki silkələnmənin intensivliyinə görə bu seysmik hadisə “dağıdıcı” olaraq qiymətləndirilib.

Share: