Tac-Mahalda bomba həyəcanı

Hindistanın Aqra şəhərində Tac-Mahal məqbərəsi təxliyə olunub.

Milletinsesi.az Trend-ə istinadən bildirir ki, yerli polis məqbərə yaxınlığında bomba yerləşdirilməsi barədə zəng daxil olduğunu bildirib.

Bununla əlaqədar olaraq, məqbərədə olan turistlər təxliyə olunub, bölgəyə giriş-çıxış bağlanıb.

Qeyd olunur ki, mütəxəssislərin keçirdiyi axtarış hər hansı bir nəticə verməyib.

Hazırda təhdid zəngini edən şəxsin axtarışları aparılır.

Share: