İmam Əlinin fədakar və sadiq xidmətçisi Qənbərin imtahanı

Salman Farsi nəql edir: “Bir gün bazara getmişdim və getdiyim yolda gördüm ki, bir nəfər Əmirəl-möminin (ə) xidmətçisiolan Qənbərin qarşısına keçdi və dedi: “Eşitmişəm ki, Əlini (ə) çox istəyirsən?”.

Qənbər deyir: “Bəli, çox”.

Bu zaman həmin münafiq şəxs Qənbərin üzünə möhkəm bir sillə vurur. Sonra deyir: “Bu, o kəsin əcridir ki, Əlini (ə) sevir”.

Salman deyir: “Mən bu mənzərəni görən zaman çox narahat oldum. Həzrətə (ə) olanları dedim.

Əmirəl-möminin (ə) buyurdu: “Qənbər nə dedi? Sillədən sonra nə etdi?”.

Dedim: “Qənbər sizə aşiqdir. O zaman ki, sillə aldı, başını aşağı saldı və getdi””.

Milli.Az

Share: