Elçin Sanqu ekranlara qayıdır

Aktrisa Elçin Sanqu yenidən çəkiliş meydançasına qayıtmaq qərarına gəlib.

Milletinsesi.az axşam.az-a istinadən bildirir ki, aktrisa ona təklif edilən yeni layihələri dəyərləndirdiyini bildirib. Hazırda Sanquya dram və aksiyon janrlı iki ekran işinin ssenarisi təqdim edilib. Sənətçi qısa müddətdə bu iki layihədən birinə seçərək, yenidən tamaşaçıların qarşısına çıxacağını deyib.

Elçinin ən çox əməkdaşlıq etdiyi “Gaye Sökmen” agentliyi də onun yayın əvvəllərində yeni ekran işində çəkiləcəyi xəbərini təsdiqləyib.

Qeyd edək ki, “Kiralık aşk” serialı ilə məşhurlaşan aktrisa sonuncu dəfə “9 Kere Leyla” adlı layihədə rol alıb.

Share: