Masallıda piyadanı vurub öldürən sürücü yaxalanıb

Masallıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Milletinsesi.az Trend-ə istinadən bildirir ki, martın 19-da saat 23 radələrində Masallı rayonunun Qəriblər kəndi ərazisində yolu keçən Allahyarlı kənd sakini İsrafil İsrafilov müəyyən edilməmiş avtomobillə vurulub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədilməsi müəyyən edilib.

Ölümlə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınan Qəriblər kənd sakini Ə.Əliyev həmin avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.

Share: