Ermənistanda iki hərbçi itkin düşüb

Ötən gün şiddətli qar fırtınası səbəbindən Ermənistan ordusunun iki muzdlu əsgəri itkin düşüb.

Milletinsesi.az erməni mediasına istinadən xəbər verir ki, artıq axtarış işlərinə başlanılıb.

Qeyd edək ki, bundan öncə Teleqram kanallarında erməni əsgərlərin ötən gün saat 15:00-da Cermuxdakı hərbi hissədən itkin düşdüklərini bildirilmişdi. Qeyd olunurdu ki, əvvəllər Kəlbəcərdə yerləşən, indi isə Cermuxa dislokasiya olunan hərbi hissənin əsgərləri Karen Şahnazaryan və Aqasi Ovannisyan itkin düşüb.

Share: