“Masumlar apartmanı”nın çəkilişləri dayandırıldı

Baş rollarında Merve Dizdar, Ezgi Mola, Farah Zeynep Abdullah və Birkan Sokullunun çəkildiyi “Masumlar apartmanı” serialının çəkilişləri dayandırılıb.

Milletinsesi.az axşam.az-a istinadən bildirir ki, buna səbəb ekran işinin aktyorlarının, o cümlədən əsas rol ifaçılarından olan Uğur Uzunelin test nəticələrinin pozitiv çıxmasıdır.

Serialda Esat obrazına həyat verən Uğur və digər həmkarları təcili olaraq ev şəraitində karantinə alınıblar. Bu səbəbdən də ekran işinin çəkilişləri bir müddət dayandırılıb.

Share: