DİM şagirdlər üçün sınaq imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzi buraxılış (qəbul) imtahanlarına hazırlaşan abituriyentlərə və buraxılış sinif şagirdlərinə dəstək məqsədilə mütəmadi olaraq https://otk.az/ portalı vasitəsilə imtahan modelinə uyğun onlayn sınaq imtahanları keçirir.

Mərkəzdən Millətin Səsi.az-a verilən məlumata görə, bu gündən etibarən portala Azərbaycan və rus bölmələri üzrə 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı (I,II,III,IV ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsi) modelinə uyğun yeni sınaq imtahanları əlavə olunub.

Şagird və abituriyentlər bu imtahanlardan istifadə etməklə özlərinin imtahana hazırlıq səviyyələrini yoxlaya bilərlər. Onlayn sınaq imtahanı vermək istəyənlər otk.az portalında qeydiyyatdan keçərək günün istənilən vaxtında biliklərini yoxlamaq imkanına malikdirlər.

Onlayn imtahan başa çatan kimi iştirakçılar imtahan nəticələrini əldə edə, yenidən test tapşırıqlarına baxa, onları təhlil edə və öz cavabları ilə düzgün cavabları müqayisə edə bilərlər. Portalda qeydiyyatdan keçmək və imtahanlara yazılmaq qaydaları ilə “otk.az”da “Təlimatlar” bölməsində tanış ola bilərsiniz

Share: