Ölkəmizdə bu gün koronaya yoluxanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 2392 yeni yoluxma faktı qeydə alınıb, 1063 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 31 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 268 714 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 240 870 nəfər müalicə olunaraq sağalıb, 3 648 nəfər vəfat edib, aktiv xəstə sayı 24 196 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 585, ötən müddət ərzində isə ümumilikdə 2 916 745 test aparılıb.

Share: