Qardaş qardaşı belindən bıçaqladı

Göyçayda bıçaqlanma hadisəsi baş verib.

Millətin Səsi.az  xəbər verir ki, hadisə rayonun İkinci Ərəbcəbirli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1974-cü il təvəllüdlü Natiq Mövsüm oğlu Soltanov aralarında yaranmış münaqişə zəminində qardaşı, 1981-ci il təvəllüdlü Ramin Mövsüm oğlu Soltanova bel nahiyəsindən 2 bıçaq xəsarəti yetirib.

Yaralı dərhal ətrafdakı insanların köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Share: