Gənc futbolçu oyun zamanı öldü

Rusiyanın gənclərdən ibarət “Znamya Truda” komandasının futbolçusu Nikita Sidorov oyun zamanı ölüb.

“Report”un məlumatına görə, 18 yaşlı oyunçunun səhhəti Orexovo-Zuyevo şəhərindəki “Torpedo” stadionunda keçirilmiş qarşılaşmanın gedişində pisləşib. Nəticədə o, yerindəcə keçinib.

Klubdan bildirilib ki, ölümün ilkin səbəbi beyin damarının partlamasıdır.

Qeyd edək ki, 2020-ci ilin iyulunda da “Znamya Truda”nın məşqində xoşagəlməz hadisə baş verib. Gənc qapıçı İvan Zabrovskini ildırım vurub. Nəticədə o, xəstəxanaya yerləşdirilib və bir neçə günlük müalicədən sonra evinə buraxılıb.

Share: