Petek Dinçöz Bakıda hansı restoranda konsert verdi?

 Türkiyənin tanınmış müğənnisi Pətək Dinçözün  Bakıda hansı restoranda konsert verdiyi məlum oldu.

Millətin Səsi.az xəbər verir ki, tanınmış sənətçi bu barədə özünün  Feysbuk səhifəsində paylaşım edib.

Onun pandemiya şəraitində paytaxtımızda konsert verməsi isə sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Müğənninin necə və kimin üçün konsert verməsi hər kəsin təəccübünə səbəb olub. Lakin sonradan türk müğənninin paytaxtımızda fəaliyyət göstərən “İstanbul meyxana” restoranının yeni filialının açılışında iştirak etdiyi məlum olub.

Qeyd edək ki, açılış mərasimi aprelin üçündə təşkil olunub və azərbaycanlı müğənnilər orada

iştirak edib.

Share: