Türkiyə məzlumları qoruyur

Bugünkü durumda üzərində oyun qurulan deyil, oyun quran və oynadan super-güclərin liqasına qalxan Türkiyə həm öz maraqlarını, həm də məzlum millətlərin çıxarlarını qoruyur.

Millətin Səsi.az  xəbər verir ki, bu barədə türkiyəli jurnalist Harun Sekmənin məqaləsində qeyd olunub.

“Suriya məsələsində ABŞ və Rusiyadan istədiyini alan Türkiyə Qarabağda Azərbaycanı zəfərə daşımaqla yanaşı, Şərqi Aralıq və Egey dənizində haqlarını qərarlılıqla qoruyur.

Şərqi Aralıq dənizində Liviyadan sonra Misiri də yanına alan Türkiyə əleyhinə qurulan tələləri bir-bir pozur. Qiyamçı Haftarın yanında yer alan İtaliya və Yunanıstanı Liviyanın qanuni hökumətini tanımağa məcbur edərək bölgədə gücünü bütün dünyaya göstərir. Şərqi Avropanın önəmli ölkəsi olan Ukraynanın Rusiyanın təhdidlərinə qarşı öncə Ankaradan aktiv siyasi dəstək tələb etməsi də Türkiyənin gücünü ortaya qoyur”, – məqalədə qeyd olunub.

Türk jurnalist bu gün Türkiyənin Adriatikdən Çinə qədər geniş bir coğrafiyada aktiv olduğunu məqaləsində vurğulayıb:

“Şərqi Aralıqda bütün dünya Türkiyəyə qarşı idi, ancaq Ankara tezislərini hər kəsə qəbul etdirdi. Ölkəmiz qərarlı xarici siyasət yürüdür və gücləndikcə qarşısına fərqli bloklar çıxarılır. Hamısını boşa çıxardırıq. Bu gün müdafiə etdiyimiz tezislər bütün coğrafiyada qəbul edilir”.

 

 

Share: