“Ticarətin açılmasını biz də istəyirik, lakin”

Pandemiyanın tez bitəcəyini gözləmək hələ çox tezdir, yalnız həyata keçirilən tədbirlər nəticəsində onu nəzarətdə saxlamaq olar.

Millətin Səsi.az xəbər verir ki, bu fikirləri ÜST rəhbəri Tedros Adhanom Qebreyesus  səsləndirib.

“Ticarətin, səyahətlərin açılmasını çox istəyirik, lakin bir çox ölkələrdə reanimasiyalar doludur, ölüm halları artır. Nikbin olmağımız üçün də əsaslar var; Ilin əvvəlində yoluxma sayının azalması virusun bir çox növlərinin qarşısını almağın mümkün olduğunu göstərdi”, – Qebreyesus bildirib .

Share: