Ermənilər meşə fondumuzun 57 hektarını məhv edib

Azərbaycan florasında ümumilikdə 5 minədək bitki növünə rast gəlinib.

Millətin Səsi.az  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.

O deyib ki, bunlardan 2200-ü (42 faizi) Qarabağ və ətraf ərazilərdə yayılan növlərdir:

“İşğal dövrünədək rayonun meşə fondunun ümumi sahəsi 124 hektar təşkil edirdi və bunun 108 hektarı meşə ilə örütülü olub.

Peyk təsvirlərinə əsasən işğal dövründə 57 hektar meşə sahəsinin məhv edildiyi müəyyən olunub. Vaxtilə rayon ərazisində təbiət abidəsi statusuna malik 11 ədəd şərq çinarı olub və bu ağacların hamısı işğal dövründə məhv edilib. Ermənilər yaşı 100 illərlə ölçülən bu ağacları kəsməklə yanaşı onların kötüklərini də yandırıblar”.

Share: