“Votsap Pink”i yükləməyin!-Xəbərdarlıq

Bu günlərdə “Votsap Pink” adlı “Votsap”ın yeni bir versiyası ortaya çıxıb və populyarlıq qazanmağa başlayıb.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin açıqlamasında bildirilir.

Bildirilir ki, “Votsap Pink” tam zərərli bir tətbiqdir: “Bu zərərverici APK link şəklində “Votsap” qruplar vasitəsilə yayılmaqdadır. “Votsap Pink” əvvəlcə qeydiyyat məlumatlarınızı soruşur və bundan sonra şəxsi məlumatlarınızı oğurlayır”.

Share: