Şuşa daxili və xarici turizmdə əsas məkan olacaq – Cavadov

İşğaldan azad olunan ərazilərdə potensial turizm marşrutlarının hazırlanmasına başlanılıb.

Millətin Səsi.az  Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Regional turizmin inkişafı sektorunun müdiri Elgün Cavadov deyib. Onun sözlərinə görə, hazırda araşdırma aparılır:

“İndi işğaldan azad edilmiş ərazilərdə dövlət qurumlarının infrastruktur əsaslı birgə qiymətləndirilməsi işləri gedir. Dövlət Turizm Agentliyi yolların haradan keçəcəyi aydınlaşdırdıqdan, infrastruktur hazır olduqdan sonra öz qiymətləndirməsini müəyyənləşdirəcək”.

Qurum rəsmisi deyib ki, Şuşa həm daxili, həm də xarici turizmdə əsas məkan olacaq:

“Şuşa ilə bağlı planlar çoxdur. Yaxın gələcəkdə ictimaiyyətə geniş açıqlamalar verəcəyik”.

karaman masaj

Share: