Nizami Xudiyev vəfat etdi

Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin (AZTV) keçmiş sədri, filologiya elmlər doktoru, professor, ADPU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri Nizami Xudiyev vəfat edib.

Bu barədə Millətin Səsi.az-a ADPU-dan məlumat verilib.

N.Xudiyev 72 yaşında dünyasını dəyişib.

Nizami Mənaf oğlu Xudiyev 1949-cu il aprel ayının 1-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub. 1990-cı ildən indiyədək ADPU-nun Azərbaycan dilçiliyi kafedrasının professoru idi. 1994-1996-cı illər ADPU-nun rektoru,1995-ci il 2 saylı Şərur-Babək seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib. 1996-2005-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədri olub.

14 kitabın və 400-dən artıq elmi məqalənin müəllifidir.

edirne masaj

Share: