Magistraturalara qəbul imtahanı keçirilir

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına  qəbul imtahanı (II cəhd) keçirilir.

Millətin Səsi.az-a DIM-dən verilən məlumata görə imtahan saat 11:00-da başlanır və 3 saat davam edəcək

Magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda – Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 63 imtahan binasında aparılır.

İmtahan bütün binalarda eyni vaxtda saat 11:00-da başlanır və 3 saat davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İmtahanda iştirak etmək üçün 14693 bakalavr ərizə təqdim edib. Onlardan 13529 nəfəri Azərbaycan bölməsi, 1164 nəfəri rus bölməsi üzrə imtahan verir.

Qəbul imtahanı Bakıda 42, Sumqayıtda 5, Abşeronda 3, Gəncədə 5, Naxçıvanda 2, Mingəçevirdə 4, Lənkəranda 2 binada təşkil olunur. Bakıda 10288, Naxçıvanda 512, Gəncədə 1120, Sumqayıtda 1071, Abşeronda 602, Mingəçevirdə 713, Lənkəranda 387 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 63 ümumi imtahan rəhbəri, 169 imtahan rəhbəri, 1365 nəzarətçi-müəllim, 126 buraxılış rejimi əməkdaşı (mühafizə), 63 bina nümayəndəsi cəlb olunub.

düzce masaj

Share: