Gəncədə qaz sızmasından partlayış baş verdi

Gəncə şəhəri, H.Əliyev prospektində 4 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində partlayış baş verib.

Millətin Səsi.az xəbər verir ki, hadisə nəticəsində 1962-ci il təvəllüdlü Rüzigar Salman oğlu Rzayev, 1981-ci il təvəllüdlü Mehdi Mirağa oğlu Cabbarov və İradə Oqtay qızı Rzayeva ağır yanıq xəsarətləri alıblar.

Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

İlkin məlumata görə, hadisə qaz sızması nəticəsində baş verib

Share: