Masazırın bu hissəsində su yoxdur – Açıqlama

Masazır qəsəbəsinin Cantəpə ərazisinə tam şəkildə, yəni su verə biləcəyimiz qədər su nasosları işləyir. Həmin ərazinin bir qisminə su çatışmazlığının səbəbi tələbatın artmasıdır.

Bunu Millətin Səsi.az-a ​Azərsu ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı deyib.

A.Cəbrayıllı bildirib ki, su tələbatının artmasına görə Cantəpə ərazisinin ucqar nöqtələrində suyun təzyiqi aşağı olur:

“Bəzən bir qismə su gedib çatmır. Son günlər “Azərsu” və Abşeron rayon icra hakimiyyəti su çatmayan yerlərə maşınla su paylanır. Bu problem həll edilənə qədər prosesi davam etdirəcəyik”.

Qeyd edək ki, artıq 5 gündür Masazırın Cantəpə deyilən ərazisində (Mirzə Ələkbər Sabir küçəsi) suyun gəlməməsinə görə sakinlər narazılıq edir.

Share: