replica rolex watches within the quest for the best style simultaneously an ideal blend associated with resourcefulness distinctive daring style .

bodrum escort

“Vətəndaşlar xarici ölkələrə səfərlərdən çəkinsinlər” – Həkimdən əhaliyə ÇAĞIRIŞ

Koronavirusun “Delta” variantının yoluxma qabiliyyəti bundan öncəki variantların yoluxma qabiliyyəti ilə müqayisədə yüksəkdir.

Millətin Səsi.az xəbər verir ki, bu barədə oxu.az-a infeksionist Nicat Əzimli koronavirusun yeni aşkarlanan mutasiyalarından olan “Delta” variantının yoluxuculuq qabiliyyəti və təhlükəsindən danışarkən deyib.

Həkim bildirilib ki, virus hər zaman olduğu kimi yaşlı nəslin nümayəndələri üçün daha risklidir:

“Təhlükə həmişəki kimi yaşlı və yanaşı xəstəlikləri olan insanlar üçün mövcuddur. Bu kateqoriyadan olan insanlar özlərini daha çox qorumalıdır. Lakin koronavirusun “Delta” variantında yaşlı nəslin nümayəndələri ilə yanaşı, gəncləri də təhlükə gözləyir. Virusun “Delta” variantına yoluxan gənclərin də xəstəliyi orta ağır və ağır şəkildə keçirdiyinə dair məlumatlar qeyd edilir. Virusun bu növünə ölkəmizdə rast gəlinmədiyi üçün bu barədə daha dəqiq məlumatımız hələ yoxdur”.

Həkim virusdan qorunmağın yolları ilə bağlı vətəndaşlara gigiyenik normalara ciddi şəkildə riayət etmələrini tövsiyə edib:

“Preventiv tədbirlərə gəldikdə onu deyə bilərəm ki, ilk növbədə həmişəki kimi vaksinasiya və bununla yanaşı həmişə qeyd olunan vasitələrə birmənalı riayət etmək lazımdır. Belə ki, insanların sıx toplaşdığı məkanlarda tibbi maskalardan istifadə, gigiyena qaydaları və ara məsafəsinin qorunması önəmlidir. Karantin qaydalarında bir sıra yumşalmalara gedilsə də, bu, insanlar da rahatlıq yaratmasın. Həmçinin hazırda pandemiya ilə bağlı vəziyyətin gərginləşdiyi bir dönəmdə xarici ölkələrə səfərlərdən yayınmaq daha yaxşıdır”.

Share: