Paytaxtda yük avtomobili ilə minik avtomobili toqquşub

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə paytaxtın Səbail rayonunda “Kamaz” markalı yük avtomobili və “Toyota” markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən Milletinsesi.az-a bildiriblər ki, nazirliyin hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalan iki nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Share: